`Azəravtoyol` sürücülərə müraciət edib


22:38     07 Yanvar 2017 280068_1468500998_nesimi_temir_140716_01.jpg

"Azəravtoyol" ASC sürücülərə müraciət edib.


Dövlət şirkətinin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli bildirib ki, Neftçilər prospektinin Nobel prospekti ilə kəsişən hissəsində sabah səhər saatlarından başlayaraq yolun hərəkət hissəsindən çıxarılmış dəmir yolu relslərinin yerinin asfaltlanması işləri aparılacaq.

Onun sözlərinə görə, işlərin bir-neçə saat ərzində aparılaraq yekunlaşdırılması planlaşdırılır: "Asfaltlanma işləri hissə-hissə aparılacaq və avtonəqliyyat vasitələrinin hərəkəti dayandırılmayacaq. Prospektin sözügedən hissəsində hərəkətin qismən məhdudlaşdırılması tətbiq ediləcək. Ancaq buna baxmayaraq sürücülərdən xahiş olunur ki, həmin hissədə sıxlığın yaranmaması üçün hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər".

Femida.az

Açar sözlər:

Oxunub: 1070